| by Deniz Aliyev |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
Sambo üzrə Avropa 3cüsü dəfələrlə respublika çempionu Mikayıl Orucov
Deyirdi ki, ay ana, əcəl məni evdə də yaxalasa, öldürəcək...”

Gənclər arasında sambo üzrə Avropa üçüncüsü olan 16 yaşlı idmançımız Mikayıl Orucov Gürcüstanın Dmanisi rayonunda keçirilən Azərbaycan və Gürcüstan Xalqlarının Dostluğu Günlərində faciəli şəkildə həlak olub. M.Orucov bayramın rəsmi hissəsi başa çatdıqdan sonra dostları ilə Armudlu gölündə çimməyə gedib. İyulun 25-i hadisə baş verən gün müxbirimiz də olay yerində olub. Yoldaşları ilə söhbət zamanı məlum olub ki, Mikayıl üzməyi bacarırmış. Su soyuq olduğundan dostları gölün kənarında çimib çıxıblar. O isə gölün digər sahilinə üzmək istəyib. Bu da faciə ilə nəticələnib. Dostlarından biri boğulan Mikayıla tərəf üzsə də, onu xilas edə bilməyib.
Yerli sakinlərin dediyinə görə, Armudlu gölünün altında, M.Orucovun batdığı yerdə qarşısı armaturlarla qaynaq edilmiş böyük su borusu var. Bu boru vasitəsilə göldən su çəkilir. Çox güman ki, onu gölün dibinə boru çəkib.
Hadisə baş verən zaman olay yerinə polislər, bir neçə saatdan sonra xilasedicilər gəliblər. Axşam saatlarında M.Orucovun cəsədini sudan çıxarıblar.
Iyulun 27si gecə saatlarında M.Orucovun cəsədi valideynlərinə təhvil verilib. Dünən səhər isə onu Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn ediblər.

Dünən M.Orucovun yas mərasimində iştirak etdik. Anası Xumar xanımla çox az danışa bildik: “Heç olmasa gölün ətrafına təhlükəlidir deyə işarə vuraydılar... Nə olardı?” deyərək gözlərinin yaşını silir: “Onu əzab-əziyyətlə böyütmüşdük. Oğlum beş oğlana dəyərdi...Etibarnamə ilə göndərmişdim onu. Oğlumu mənə kim verəcək?” Qəhər onu boğduğundan, daha danışa bilmədi. Atası ilə danışa bilmədik. Yaxınları dedi ki, danışa bilmir. “Mikayıl” deyib ağlayır.
Bacısı Fatma Orucovadan isə öyrəndik ki, M.Orucov 1993-cü il oktyabrın 19-u Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə Naxçıvanda 5 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2001-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Bacısının sözlərinə görə, kiçik yaşlarından qardaşının idmana böyük marağı olub: “Atam onu musiqi məktəbinə, tar sinfinə qoymaq istəyirdi. Amma o musiqi məktəbinə getmədi. Bakıya köçdüyümüz vaxtdan idmanla məşğul olmağa başladı. Hələ kiçik yaşlarından yarışlarda yer tuturdu”.
Fatmanın dediyinə görə, Mikayıl yarışlara çıxanda ailəsinin onunla gəlməsini istəməzmiş: “Birinci dəfə onu yarışda izləməyə getdik. Uduzdu. Dedi ki, ayağınız düşmür mənə, gəlməyin. Onu yarışlarda gizli izləyirdik ki, bizi görməsin. Vaxtının çoxunu məşqlərə sərf edirdi. Dayım bir diplomat alıb vermişdi ona. Medallarını, diplomlarını onun içinə yığardı. Kodunu da heç kimə demirdi. İndi də bağlı qalıb. Doqquzuncu sinifdə idi deyəsən. Sambo üzrə Azərbaycan çempionatında yaşıdları arasında birinci yeri tutdu. Bu ilin Avropa çempionatında sambo üzrə üçüncü yerə çıxdı. Elə fərəhləndim...elə fərəhlənirdim... Sevinə-sevinə qohum-əqrəbaya zəng edib qardaşımın yer tutduğunu deyirdim... ”. Ağlayır. Qardaşının ölümündə özünü günahlandırır: “Ötən il də Borçalıda tədbir var idi. Sənədləri qaydasında olmadığından onu ”Qırmızı körpü"dən geri qaytarmışdılar. O qədər gülüb lağ etmişdik ki, ona... (Yenə ağlayır). Ona görə bu dəfə sənədlərinin dalınca düşdü. Hamısını düzəldib getdi. Qayıtmadı... Bilsəydik o vaxt elə eləməzdik. Həmişə anam deyirdi ki, özündən muğayat ol. Deyirdi ki, ay ana, əcəl məni evdə də yaxalasa öldürəcək, narahat olmayın”.
Allah rəhmət eləsin!
Istinad : www.musavat.az
Sənsiz Yaşamağ çox çətindi Miki.......
Sensiz hecneyin maragi yoxdu igidim.....
Sen bu cur olume laiq deyildin........
Deniz Aliyev
www.mikayilorucov.tr.gg
25.08.2010
|
|
|
|
|
|
| |
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı! |
|
|
|
|
|
|
|